Xəzər Xəbər

Laçın istiqamətinə gedən BQXK-nın avtomobilləri Xankəndiyə qayıdıb

Region | 15:54 • 30 Yanvar 2023
Laçın istiqamətinə gedən BQXK-nın avtomobilləri Xankəndiyə qayıdıb

Ekoaksiyanın iştirakçıları yanvarın 30-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus altı minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Qeyd edək ki, həmin avtomobillər səhər saatlarında Xankəndidən Laçına getmişdi.

 

Xəbər lenti