Xəzər Xəbər

Sülhməramlıların daha 26 avtomobili aksiya ərazisindən keçib

Region | 14:11 • 30 Yanvar 2023
Sülhməramlıların daha 26 avtomobili aksiya ərazisindən keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Xezerxeber.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10 təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin Laçından Xankəndi istiqamətinə doğru sülhməramlıların 13 təminat-təchizat və iki minik avtomobili keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Xəbər lenti