Xəzər Xəbər

Ananas yeyərkən dil niyə ağrıyır?

Alimlər ananas yeyən adamda dilin ağrımasının səbəbini izah ediblər
Maraqlı | 12:34 • 19 İyul 2023
Ananas yeyərkən dil niyə ağrıyır?

Ananas yeyərkən dilimizdə yaranan xoşagəlməz ağrının səbəbi müəyyənləşdirilib.

AZƏRTAC müstəqil araşdırmaçı həkim Karan Rajın tədqiqatına istinadən xəbər verir ki, insanlar ananas yeyərkən dildə yaranan sancıya meyvənin tərkibindəki bromelain adlı maddə səbəb olur.

Ananasın meyvəsində, ən çox da onun gövdəsində olan bu maddə heyvan proteinlərini parçalayır və həzm etməməyə çalışır. İnsanın da bir canlı növü olduğunu nəzərə alanda bu, heç də təəccüblü hal deyil.

Karan Raj onu da qeyd edib ki, ananasın tərkibindəki bromelain insana kəskin zərər verə biləcək səviyyədə deyil və ananas mədəyə ötürüldükdən sonra mədə turşuları hesabına parçalanır.

Xəbər lenti