Xəzər Xəbər

“WhatsApp” “Telegram”ın daha bir funksiyasını tətbiq edəcək FOTO

Maraqlı | 09:55 • 27 Aprel 2023
“WhatsApp” “Telegram”ın daha bir funksiyasını tətbiq edəcək

“WhatsApp” “Telegram”da olan daha bir funksiyanı öz tətbiqinə əlavə etməyə hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, növbəti yeniləmələrdən birində mesencerə kanallar əlavə ediləcək.

Kanallar “Telegram”da olduğu kimi eyni prinsiplə işləyir: qlobal axtarış var, lakin tövsiyə sistemi yoxdur.

Qeyd olunur ki, bu cür kanallarda telefon nömrələri və onlara abunə olan istifadəçilər haqqında məlumatlar gizlədiləcək.

"Ancaq kanallardakı mesajlar “başdan sona” (“end-to-end”) texnologiyasından istifadə edilməklə şifrələnməyəcək"

Xəbər lenti