Xəzər Xəbər

Hədə-qorxu ilə 10 min manat tələb edən şəxs saxlanılıb

Hadisə | 10:20 • 1 Dekabr 2023
Hədə-qorxu ilə 10 min manat tələb edən şəxs saxlanılıb

Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə 1000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024