Xəzər Xəbər

Sumqayıtda ağır yol qəzası baş verib

Hadisə | 09:18 • 1 Dekabr 2023
Sumqayıtda ağır yol qəzası baş verib

Ötən gün axşam saatlarında Sumqayıtda avtomobilin vurması nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.

Sumqayıt Şəhər Polis İdarəsindən Xezerxeber.az-a bildirilib ki, ölən şəxs Abşeron rayonu Saray qəsəbə sakini, 1980-ci il təvəllüdlü Samir Nüsrət oğlu Əsədovdur.

Xatırladaq ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Şəhər prokurorluğu faktla bağlı araşdırma aparır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024