Xəzər Xəbər

Gürcüstanda azərbaycanlı ailəyə BASQIN ÖLƏN VƏ YARALI VAR

Hadisə | 11:23 • 29 Noyabr 2023
Gürcüstanda azərbaycanlı ailəyə BASQIN

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

Sakinlər cinayətin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyini bildiriblər. Məlumata görə, cinayətkar əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

Qeyd olunub ki, qadın xəstəxanaya çatdırılaraq əməliyyat edilib, lakin əri hadisə yerində ölüb. Qatilin hadisə yerindən qaçdığı bildirilir.

Əraziyə kriminal ekspertlər cəlb edilib. Gürcüstan DİN tərəfindən faktla bağlı iki və daha artıq şəxsi öldürməyə cəhd maddəsi əsasında istintaqa başlanılıb. (apa)

Rubrikanın digər xəbərləri

Kürdəmirdə ağır yol qəzası
Kürdəmirdə ağır yol qəzası ÖLƏNLƏR VAR
19:11 • 18 İyun 2024
Qəbələdə xarici vətəndaşlar
Qəbələdə xarici vətəndaşlar QƏZAYA DÜŞDÜ
14:15 • 17 İyun 2024
Suraxanıda yaşayış binasında
Suraxanıda yaşayış binasında YANĞIN
18:45 • 16 İyun 2024
Bakıda içərisində 340 min manat olan seyf
Bakıda içərisində 340 min manat olan seyf OĞURLANDI
15:33 • 13 İyun 2024
Xocalı aeroportunda Azərbaycan bayrağı
Xocalı aeroportunda Azərbaycan bayrağı QALDIRILDI
15:11 • 12 İyun 2024

Xəbər lenti