Xəzər Xəbər

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada ÖLDÜ

Hadisə | 08:53 • 29 Noyabr 2023
Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba xəstəxanada

Xezerxeber.az xəbər verir ki, bu barədə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, ötən gün axşam saatlarında 77 yaşlı şəhər sakini Yaşar İbrahimov çoxsaylı bıçaq xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. O, ilkin müayinə və müalicələr edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq Y.İbrahimov gecə saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qaydalara uyğun olaraq Y.İbrahimovun meyiti daha sonra Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə ailə-məişət zəminində baş verib. Babasını bıçaqlayan 21 yaşlı Ruslan İbrahimovun səhhətində psixi problemləri olduğu, müalicələr aldığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Salyanda ana və oğlu qətlə
Salyanda ana və oğlu qətlə YETİRİLDİ
17:52 • 1 Mart 2024
Salyanda bir nəfər evdə yanaraq
Salyanda bir nəfər evdə yanaraq ÖLDÜ
09:05 • 29 Fevral 2024
Sumqayıtda avtomobil
Sumqayıtda avtomobil YANDI
09:05 • 27 Fevral 2024
Bakıda iki avtomobil toqquşub
Bakıda iki avtomobil toqquşub
09:15 • 25 Fevral 2024
Sarayda çoxmənzilli binada baş verən yanğın
Sarayda çoxmənzilli binada baş verən yanğın SÖNDÜRÜLDÜ
00:13 • 25 Fevral 2024
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ FOTO
12:01 • 24 Fevral 2024

Xəbər lenti