Xəzər Xəbər

Gürcüstanda teplovoz relsdən çıxıb, “Azərbaycan Dəmir Yolları”nın işçisi dünyasını dəyişib FOTO

Hadisə | 19:07 • 27 May 2023
Gürcüstanda teplovoz relsdən çıxıb, “Azərbaycan Dəmir Yolları”nın işçisi dünyasını dəyişib

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanın Marabda-Kartsaxi dəmir yolu sahəsində baş vermiş hadisə haqqında məlumat yayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır. Hadisənin baş vermə səbəbləri araşdırılır”, - açıqlamada deyilir.

Xəbər lenti