Xəzər Xəbər

Avtomobilin üzərinə benzin töküb yandırdı

Hadisə | 11:25 • 27 May 2023
Avtomobilin üzərinə benzin töküb yandırdı

Mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti