Xəzər Xəbər

Bakıda silahlı şəxslər saxlanıldı, iki“kalaşnikov”və bir tapança götürüldü FOTO

Hadisə | 18:56 • 18 Mart 2023
Bakıda silahlı şəxslər saxlanıldı, iki“kalaşnikov”və bir tapança götürüldü

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov tutularaq istintaqa təqdim ediliblər. Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan, həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı,1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub. Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər. Araşdırma zamanı saxlanılan şəxslərdən biri - Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024