Xəzər Xəbər

Ağdamda ekskavator minaya düşdü SON DƏQİQƏ

Hadisə | 15:49 • 18 Mart 2023
Ağdamda ekskavator minaya düşdü

Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirir ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır. (trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti