Xəzər Xəbər

Bakıda zəncirvari ağır qəza baş verib, ölən və yaralananlar var

Hadisə | 14,780 | 22:45 • 24 Fevral 2023
Bakıda zəncirvari ağır qəza baş verib, ölən və yaralananlar var

Bugun saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi polis mayoru Rövşən Tağıyev məlumat verilib.

İlkin məlumata görə, 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti