Xəzər Xəbər

Bakıda restoran müdiri işçiləri ilə birgə müştərini döydü

Hadisə barədə polisə məlumat verilib
Hadisə | 15:27 • 24 Fevral 2023
Bakıda restoran müdiri işçiləri ilə birgə müştərini döydü

Bakıda restoranda kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Əhməd Rəcəbli küçəsində yerləşən restoranda qeydə alınıb.

Müdir və 10 işçisi Bakı sakini Ruslan Əliyevi döyüblər.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib.

Baş vermiş insidentlə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti