Xəzər Xəbər

Kreml sülhməramlıların Qarabağı tərk etməsi BARƏDƏ

Gündəm | 19:57 • 22 Aprel 2024
Kreml sülhməramlıların Qarabağı tərk etməsi

Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb.

Xezerxeber.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu (sülhməramlıların çıxarılması-red) Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb", - deyə Kremlin sözçüsü vurğulayıb.

Xəbər lenti