Xəzər Xəbər

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb KREML

Gündəm | 19:52 • 22 Aprel 2024
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb

Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb.

Xezerxeber.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası üzrə danışıqları davam etdirirlər, bəzi məsələlər artıq razılaşdırılıb", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması ilə bağlı da danışıb. Bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.

Xəbər lenti