Xəzər Xəbər

Yepiskop Baqrat Qalstanyan Paşinyanı əvəz etmək istəyir

Dünya | 18:32 • 26 May 2024
Yepiskop Baqrat Qalstanyan Paşinyanı əvəz etmək istəyir

Ermənistanda müxalif “Tavuş Vətənin Uğrunda” Hərəkat Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyanın baş nazir postuna namizədliyini irəli sürüb.

Xezerxeber.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə “Tavuş Vətənin Uğrunda” Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.

Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu II Qaregin ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.

Baqrat Qalstanyan mitinqdən sonra Baş nazir Nikol Paşinyanla görüşməyi planlaşdırdığını söyləyib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024