Xəzər Xəbər

İrəvanda aksiya keçirilir - Paşinyanın istefası tələb edilir

Dünya | 17:14 • 26 May 2024
İrəvanda aksiya keçirilir - Paşinyanın istefası tələb edilir

İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, “Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb.

Xezerxeber.az-ın "news.am"a istinadən verdiyi xəbərə görə, mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər.

Mitinq Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024