Xəzər Xəbər

Ukraynanın Odessa şəhərinə hücum olub, ölənlər və yaralananlar var FOTO

Dünya | 10:35 • 2 Mart 2024
Ukraynanın Odessa şəhərinə hücum olub, ölənlər və yaralananlar var

Rusiya ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücum edib.

Xezerxeber.az yerli UNIAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Qeyd edilib ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu bildirilir.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024