Krasnodarda yerli sakin Andranik Qriqoryan afrikalı iş adamını güllələyib.
Xezerxeber.az xəbər verir ki, martın 1-də 55 yaşlı Andranik Qriqoryan gecə klubunun keçmiş sahibi, Afrikadan olan Hamid Yakubunu güllələyib.
Hadisə şəhərin mərkəzindəki Raşpilyevskaya və Budyonnoqo küçələrinin kəsişməsində baş verib. Ölən şəxs əvvəllər yerli gecə klubunu işlədib, daha sonra isə biznesini aqrar sektorda davam etdirib.
Məlumata əsasən, A.Qriqoryan özü polisə təslim olub. İlkin versiyaya görə, qətlin səbəbi biznes zəminində yaranmış mübahisə ilə əlaqədardır.