Xəzər Xəbər

Nyu-Yorkda insanların küçəyə çıxmaması üçün ÇAĞIRIŞ

Dünya | 08:05 • 8 İyun 2023
Nyu-Yorkda insanların küçəyə çıxmaması üçün

Nyu-York meriyası şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb.

Kanadada davam edən meşə yanğınları nəticəsində Nyu-York şəhərində 1960-cı ildən bəri ən yüksək hava çirklənməsi qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Nyu-York meri Erik Adams, həmçinin ictimai səhiyyə və fövqəladə hallar qurumlarının rəsmiləri sakinlərə mümkün qədər evdə qalmaq, küçədə qoruyucu maskalardan istifadə etmək barədə xəbərdarlıq ediblər.

Şəhərin səhiyyə komissarı havanın keyfiyyətinin kəskin pisləşməsinin vətəndaşlar, xüsusilə yaşlılar və uşaqlar üçün əsl sağlamlıq təhlükəsi yaratdığını bildirib.

Şəhərdə görmə məsafəsinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə əlaqədar federal hakimiyyət orqanları Nyu-Yorkun Laqardiya hava limanının işini dayandırıb.

Xəbər lenti

Un bahalaşdı VİDEO
19:34 • 21 May 2024