Xəzər Xəbər

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Dünya | 20:44 • 7 İyun 2023
Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, səsvermənin üçüncü turunda 321 səs toplayan Numan Kurtulmuş TBMM-in 30-cu sədri olub.

İlk iki turda seçilmək üçün 400, üçüncü turda isə 301 millət vəkilinin səsi tələb olunurdu. Birinci və ikinci turlarda spikerliyə namizədliyi irəli sürülənlərdən heç biri lazımi qədər səs ala bilməmişdi.

Seçkilərin üçüncü turunda səsvermədə 584 deputat iştirak edib və onların 321-i Ədalət və İnkişaf Partiyasının namizədi Numan Kurtulmuşu dəstəkləyib.

Xəbər lenti