Xəzər Xəbər

Sumqayıtda xilasedicilər ağırçəkili şəxsi xəstəxanaya çatdırıb FOTO

Cəmiyyət | 10:04 • 5 Mart 2024
Sumqayıtda xilasedicilər ağırçəkili şəxsi xəstəxanaya çatdırıb

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Sumqayıt şəhərində ağırçəkili 1 nəfəri xəstəxanaya çatdırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Sumqayıt sakininin ağırçəkili olması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb və bu barədə kömək məqsədilə FHN-in “112” qaynar xəttinə müraciət ediblər.

Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə ehtiyacı olan vətəndaşın yardımına yetişərək onu onmərtəbəli binanın doqquzuncu mərtəbəsindən düşürüb və Təcili Tibbi Yardım Briqadasına təhvil veriblər. Sonra FHN-in xilasediciləri Təcili Tibbi Yardım avtomobilini müşayiət edərək xəstənin həmin maşından düşürərək xəstəxananın ikinci mərtəbəsinə qaldırıb və aidiyyəti şöbəyə təhvil veriblər.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024