Xəzər Xəbər

Bu gün Od çərşənbəsidir

Cəmiyyət | 08:00 • 5 Mart 2024
Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

Xezerxeber.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır. 

Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024