Xəzər Xəbər

Bakı metrosunda həyəcanlı anlar KİMYƏVİ MADDƏLƏR YANIB

Cəmiyyət | 17:12 • 31 Mart 2023
Bakı metrosunda həyəcanlı anlar

“Bakı metropoliteni” QSC-nin "Gənclik" stansiyasında kimyəvi məhsul dağılması ilə bağlı hadisənin təfərrüatı bəlli olub.

Xezerxeber.az Bakı metropoliteni” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, metropoliten daxilinə buraxılmasına məhdudiyyət olmayan kimyəvi təmizləyici maddə toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girib.

“Nəticədə ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir”, - deyə məlumatda bildirilir.

Xəbər lenti