Xəzər Xəbər

Son sutkada 268 vaksin vurulub

Cəmiyyət | 17:23 • 4 Dekabr 2022
Son sutkada 268 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 268 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 99, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 124, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 924 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 481, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 224, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 055 nəfər təşkil edir.

Xəbər lenti

Çox oxunanlar