Xəzər Xəbər

Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub

Cəmiyyət | 08:29 • 5 Dekabr 2022
Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub

Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub.

Bu barədə xezerxeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Xatırladaq ki, şimal bölgəsindən Bakı istiqamətində olan yollarda uzun tıxac yaranmışdı.

Baş Dövlət Yol Polisi İdarəsinin bundan əvvəl yaydığı məlumata görə, həftəsonu paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfər edib.

Ötən gün axşam saatlarında paytaxt istiqamətinə qayıdan həmin vətəndaşlar adıçəkilən yollarda müəyyən sıxlığa səbəb olub.

Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur.

Xəbər lenti