Xəzər Xəbər

Azərbaycanda "sms icazə" sistemi bərpa edilir? Açıqlama

Cəmiyyət | 17:02 • 25 Noyabr 2020
Azərbaycanda "sms icazə" sistemi bərpa edilir?

"Azərbaycanda karantin rejimi sərtləşdirilməlidir, əks halda qarşısıalınmaz fəsadlarla üzləşəcəyik”.


Bunu son günlər koronavirusa yoluxma tempində artımla bağlı suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Deputat deyib ki, hökumət tərəfindən lazımi tədbirlər görülsə də, bütün dünyada, eləcə də Azərbaycanda koronavirus çox şiddətlə artır:


"Yoluxanlar arasında ölənlərin də sayı durmadan artır. Ona görə hesab edirəm ki, biz təcili şəkildə sərt tədbilərə keçməliyik. Artım bu templə davam edərsə, dərman qıtlığı yarana bilər. Onsuz da xəstəxanlarda yer qıtlığı var. Həkim və tibb bacılarının enerjisi tükənir, onlar arasında da yoluxanlar var. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələ üzərində ciddi şəkildə düşünməli və sərt karantin rejiminə keçilməlidir.


Əsas diqqət insanlar arasında kontaktların azaldılmasına yönəldilməlidir ki, şəhərdə, küçələrdə, ictimai nəqliyyatda az adam olsun. Müəyyən iş yerləri tamamilə bağlanmalı, müəyyən iş yerləri növbəli rejimə keçməlidir. Şənbə-bazar tətbiq edilən qadağalar dörd günə qaldırıla bilər, SMS icazə formasına yenidən baxmaq olar, 65 yaşdan yuxarı və 18 yaşa qədər şəxslərin iki həftə ərzində küçəyə çıxmasına qadağa qoya bilərik.


Kafe-restoranların, ictimai iaşə müəssisələrinin iş saatını azaldıb, onlayn sifarişləri artırmaq olar. Marketlərə onlayn rejimdə xidmət göstərmələri tövsiyə edilə bilər. İki həftəlik Bakıya giriş-çıxışa qadağa tətbiq etmək olar. Ancaq bu yolla virusa yoluxmanı azalda bilərik”./Modern.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti