Xəzər Xəbər

"Xəzər Xəbər"in əməkdaşları düşmən atəşinə məruz qaldılar - VİDEO

Veb TV | 15:34 • 29 Sentyabr 2020
 "Xəzər Xəbər"in əməkdaşları düşmən atəşinə məruz qaldılar  -
Məlum olduğu kimi Ermənistan silahlı qüvvələri təmas xətti boyunca təxribata əl atıb və Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tuturlar. Cəbhədə döyüşlər başlayandan bəri Xəzər TV-nin bir neçə əməkdaşı döyüş nöqtələrinə yaxın ərazilərdən canlı bağlantılara çıxır, tamaşaçılara son məlumatları çatdırılar. 


Xezerxeber.az-ın məlumatına görə, bu gün növbəti birbaşa bağlantı zamanı "Xəzər Xəbər"in əməkdaşları düşmənin atəşinə məruz qalıb, onların yanına mərmi düşüb. 

"Xəzər Xəbər"in əməkdaşı İbrahim Kamiloğludan aldığımız məlumata görə, düşmən tərəfindən atılan mərmi yaxınlıqlarına düşüb, xoşbəxtlikdən xəsarət alan olmayıb. 





Xəbər lenti