Xəzər Xəbər

Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - VİDEO

Veb TV | 09:22 • 2 Aprel 2020
Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən -

Yaponiyanın İnfeksiya Xəstəlikləri Dərnəyi koronavirusun asqırma və öskürmə zamanı hava yolu ilə yayılmasını əks-etdirən video-çarx hazırlayıb.

"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dərnəyin Prezidenti Kazuhiro Tatedanın sözlərinə görə, asqırıb öskürərkən, eləcə də adi danışıq zamanı havaya mikrometr hissəciklər yayırıq. Bu damcılar öskürək damcılarından daha kiçik və yüngül olduğu üçün uzun müddət havada qala bilir. Bu zaman qoruyucu vasitələr olan maska taxmamısınızsa, asanlıqla mikrometr hissəcikləri özünüzə cəlb edirsiniz. Həmin damcılardan birinə toxunaraq dərhal virusa yoluxmaq mümkündür. Buna görə də tez-tez əllərinizi yumalı, üzünüzə toxunmamamlısınız.

Nəzəriyyəni sübut etmək üçün bir qrup tədqiqatçı havadakı damcıların hərəkətini nümayiş etdirən video-çarxda lazer şüalarından istifadə ediblər. Böyük və ağır damcılar səthə hopsa da, mikrodamcılar havada qalıb. Üstəlik bu damcılar söhbət zamanı da havaya saçılır. Onlar havada 20 dəqiqəyədək qala bilir.

Bu səbəbdən maska və eynəklərdən istifadənin virusun yayılmasının qarşısının alınmasında mühüm vasitələr olduğu xüsusilə qeyd edilir.

Xəbər lenti