Xəzər Xəbər

İranı silkələyən qətl: Bəsic komandiri öldürüldü

Dünya | 14:21 • 22 Yanvar 2020
İranı silkələyən qətl:

İran Bəsic qüvvələrinin Şadeqan rayonunun komandir Əbdülhüseyn Modcdami qətlə yetirilib.

Bu məlumatı Gənc Jurnalistlər Klubu yayıb. Onun Xuzistan vilayətində öldürüldüyü bildirilib.

Komandirin öz evi qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirildiyi vurğulanıb.

İran hakim dairələri insidentdən bir neçə saat sonra qətli törədən şəxsləri ələ keçirdiklərini açıqlayıblar.

Qeyd edək ki, Bəsic qüvvələri SEPAH-ın tərkibində yer alan könüllülərdən ibarət yarımhərbi təşkilatdır./axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti