Xəzər Xəbər

Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! Bu gündən başlandı

Gündəm | 11:40 • 6 Dekabr 2019
Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə!

Ötən gün prezident İlham Əliyev Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb və seçki 2020-ci il fevral ayının 9-na təyin olunub.

XəzərXəbər xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə görə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürülə bilər.

Bu gün prezidentin sərəncəmı rəsmi mətbuatda dərc olunub və Seçki Məcəlləsinin (3, 53, 54, 146-cı maddələr) verdiyi hüquqlara görə bu gündən başlayaraq namizədlərin irəli sürülməsi mümkündür.

Bunun üçün namizəd olmaq istəyən şəxslər tələb olunan sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

MSK isə təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir.

Xəbər lenti