Xəzər Xəbər

Dəhşətli epidemiya başladı: qısa zamanda 3,7 min nəfər yoluxdu - 53 ölü - VİDEO

Veb TV | 11:53 • 3 Dekabr 2019
Dəhşətli epidemiya başladı:

Samoada kor epidemiyası nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, bununla yanaşı 3,7 min nəfərdən çox insanın bu xəstəliyə yoluxduğu qeydə alınıb.

Bu barədə ölkə hökuməti məlumat yayıb.

Daha əvvəl – dekabrın 1-də isə 48 nəfərin öldüyü və 3500 nəfərin bu xəstəliyə yoluxduğu bildirilmişdi.

Hökumətin "Tvitter”də yerləşdirdiyi məlumata görə, epidemiyanın kütləvi şəkildə yayılmasından bəri 3728 yoluxma hadisəsi qeydə alınıb ki, onların da 198-i son sutka ərzində meydana çıxıb.

Ölənlərin əksəriyyəti 4 yaşınadək uşaqlardır: 53 ölümün 48-i. Son 24 saat ərzində bu yaş qrupundan daha 96 nəfərin xəstələndiyi məlum olub.

Samoa Səhiyyə Nazirliyi ilk ölümlərin qeydə alındığı oktyabrın 16-dan epidemiya elan edib. Səlahiyyətlilər ölkədə kütləvi peyvəndləməyə başlanıldığını noyabrın 18-də bildiriblər. Həmin vaxtdan bəri 58 mindən çox insan peyvənd edilib.

Kor – hava-damcı yolu ilə ötürülən kəskin yoluxucu virus xəstəliyidir. Xəstəliyə yoluxmanın azaldılmasının əsas yolu peyvəndləmədir.

Samoa Sakit okeanın cənub hissəsində yerləşən ada dövlətidir. Ərazisi 2832 km², əhalisi 187 820 nəfərdir./teleqraf

Xəbər lenti