Türkiyədə 2 yeniyetmə oğlan faciəvi şəkildə ölüb.
Sakarya vilayətinin Ferizli qəsəbəsi yaxınlığında göldə balıq tutan 3 yeniyetmənin olduğu qayıq qəfildən çevrilib. Nəticədə həvəskar balıqçılar suya düşüb. Onlardan biri xilas ola bilsə də, Ahmet və Hasan adlı digər 2 nəfər suda batıb.
İtkin düşən yeniyetmələrin meyitləri axtarılır./publika.az