Xəzər Xəbər

Prezidentin əziyyət çəkdiyi xəstəliklə bağlı VACİB XƏBƏRDARLIQ: mütləq BUNU EDİN

Maraqlı | 12:20 • 20 Sentyabr 2017
Prezidentin əziyyət çəkdiyi xəstəliklə bağlı

"Bu gün Azərbaycanda 60-70 yaşlı insanların 1.6 faizi, 70-80 yaşlı insanların 20 faizi, 80 yaşdan yuxarı insanların 40 faizi altsheymer xəstəliyindən əziyyət çəkir”.

Bunu Psixi Sağlamlıq Mərkəzinin Müalicə profilaktika şöbəsinin müdiri Səbinə Rəşidova bu gün altsheymeri xəstəliyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu xəstəlik zamanı müalicədə gecikmə beyinin ölümü ilə nəticələnə bilir ki, onu bərpa etmək çətindir: "Bu yaşlı insanların xəstəliyi hesab edilir və 60 yaşdan sonra insanlarda aşkarlanır. Ölkəmizdə xəstəliyin ən tez aşkarlanma yaşı 55-60-dır. Orta yaş həddinin artması xəstəlikdən əziyyət çəkənlərin artımına səbəb olur. Bu xəstəlik əqli geriliklə müşahidə edilir, daha sonra yaddaş zəifləyir, qavrama pozuntuları, tədricən intellektin enməsinə səbəb olur. Çox zaman insanlar unutqanlığı yaş həddi, gündəlik yüklənmələrlə əlaqələndirirlər. Lakin bunlar çox ciddi ilkin əlamətlərdir. İlkin mərhələdə xəstəliyin aşkarlanması xəstəliyin daha kəskin həddə çatmasının qarşısını alır. ABŞ prezidenti Reyqan da bu xəstəlikdən əziyyət çəkib. O, 20 il müddətində bu xəstəlikdən müalicə alıb, hətta bu müddətdə o, prezident fəaliyyətini də davam etdirib”.

S.Rəşidova bildirib ki, xəstəliyin ağırlaşmış mərhələsində insanın getdikcə uşaqlaşması, gündəlik həyat fəaliyyətinin pozulması, kiminsə himayəsinə ehtiyac duyması kimi hallar müşahidə edilir: "Bu insanlar bəzən olduqları yerləri, gedəcəkləri məkanları unudur, onların səhvindən evdən yanğın baş verə bilir. Son mərhələdə artıq psixiotik əlamətlər müşahidə edilir. Bu xəstəliyin daşıyıcıları elə düşünür ki, kimsə onları izləyir, xətər yetirmək istəyir”.

S.Rəşidova onu da vurğulayıb ki, xəstəliyin aşkarlanmasında qadın və kişilər arasında fərq müşahidə edilməsə də, genetik faktor, zərərli vərdişlər, hipertaniya kimi xəstəliklər altsheymeri yaranmasına səbəb ola bilir: "Altsheymeri konkret peşə xəstəliyi adlandıra bilmərik, lakin uzun müddətli stress, depressiya bu xəstəliyin yaranma ehtimalını artırır”.

Mərkəzin həkim psixiatrı Rüstəm Salayev bildirib ki, il ərzində orta hesabla 300-400 nəfər altsheymeri xəstəliyilə bağlı müraciət edir: "Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə görə, 2050-ci ildə bu xəstəlikdən əziyyət çəkəcək xəstələrin sayı 4 dəfə artıb, 1 milyona yaxınlaşacaq. Bunun səbəbi əvvəl müharibələr nəticəsində insanların 60 yaşa çatmadan ölməsi idi. Artıq yaşlı insanların sayı artıdığından xəstəliyin rast gəlinmə tezliyi də artır”.

R.Salayev qeyd edib ki, bu xəstələr çox zaman ilkin mərhələdə terapevt və psixoloqlara müraciət edirlər: "Altsheymer əlamətlərini aşkar edən özəl psixoloqlara səslənərək bildiririk ki, onları peşəkar psixiatrlara yönləndirsinlər. Çünki nə qədər erkən aşkarlansa, xəstəliyin ağırlaşma tezliyi bir o qədər az olar”

R.Salayev onu da vurğulayıb ki, şəkərli diabet xəstələri, piylənmədən əziyyət çəkənlər altsheymer xəstəliyinə tutulmaqda risk qrupuna daxildirlər./publika.az

Xəbər lenti