Xəzər Xəbər

Övladını maşın vurmasın deyə canını fəda edən ananın GÖRÜNTÜSÜ YAYILDI - FOTO (YENİLƏNDİ)

Hadisə | 16:33 • 15 Sentyabr 2017
Övladını maşın vurmasın deyə canını fəda edən ananın

Ötən gün övladını maşın vurmasın deyə onu qurtarıb özünü fəda edən ananın görüntüləri yayılıb.

XəzərXəbər həmin fotonu təqdim edir:

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonu ərazisində avtobusun törətdiyi qəza nəticəsində 29 yaşlı qadın ölüb:

"Qadın yanında azyaşlı uşağı ilə yolu keçərkən avtobus onu vurub. Avtobusun üstünə gəldiyini görən qadın uşağını kənara itələyib. Avtobus qadını vurub, o hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb”.

***

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı, sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti