Xəzər Xəbər

Sahilə çıxan müəmmalı məxluq görənləri ŞOK etdi

Dünya | 11:20 • 16 Avqust 2017
Sahilə çıxan müəmmalı məxluq görənləri

Türkiyənin Ordu bölgəsində sahilə çıxan ilginc varlığın sirri hələ də açılmayıb. Təxminən 1 metr uzunluğunda olan bu qəribə canlının bir neçə gün əvvəl öldüyü güman edilir.

Sahildə vətəndaşlar tərəfindən tapılan müəmmalı canlı görənləri heyrətləndirib.

Qeyd olunur ki, təxminən 1 metr uzunluğunda olan canlının bu günə qədər bənzərinə rast gəlinməyib. Daha əvvəl belə bir mənzərəylə qarşılaşmayan bölgə sakinləri məxluqun nə olduğu barədə fikir yürütməyə çalışır. Hər nə qədər forması delfini xatırlatsa da, arxa ayaqlarının olması və daha çox bir it quyruğunu xatırladan bir quyruğa sahib olmasına görə məxluqun hansı növə aid olduğu müəyyən edilməyib./Movqe.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti