Xəzər Xəbər

Mərkəzi Bank depozit hərracı keçirdi – Məbləğ 2 yüz milyon manat

İqtisadiyyat | 11:54 • 4 May 2020
Mərkəzi Bank depozit hərracı keçirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən verilən məlumata görə, mayın 4-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 271,4 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

Xəbər lenti