Xəzər Xəbər

Bakının 3 rayonunda 50 min sakinin qaz təchizatı yaxşılaşacaq

İqtisadiyyat | 10:12 • 1 Noyabr 2019
Bakının 3 rayonunda 50 min sakinin qaz təchizatı yaxşılaşacaq

Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq.


Azəriqaz İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata görə, bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb.


Qeyd edək ki, Xətai, Nəsimi, Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub.


Hazırda Xətai rayonu Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70 %-i icra olunub.

Xəbər lenti