Xəzər Xəbər

Pərviz Şahbazov “OPEC plus” nazirlərinin iclasında iştirak edəcək

İqtisadiyyat | 16:22 • 29 İyun 2019
Pərviz Şahbazov “OPEC plus” nazirlərinin iclasında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov iyunun 30-da Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Energetika Nazirliyindən verilən məlumata görə, P. Şahbazov iyulun 1-2-də keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək.

Bildirilib ki, "OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd olunub ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln.barrel azaldılması ilə bağlı razılıq əldə olunub. "Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısında başa çatır.

Xəbər lenti