Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti 76 dolları ötdü

İqtisadiyyat | 10:22 • 25 Aprel 2018
Azərbaycan neftinin qiyməti 76 dolları ötdü

Azərbaycan neftinin bir barrelinin qiyməti 76 dolları ötüb.

XəzərXəbər xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1 dollar bahalaşaraq 76,25 dollar olub.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 73,82 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar azalaraq 67,65 dollar təşkil edib.

Xəbər lenti