Avstriyanın "Rapid" (Vyana) klubu UEFA Avropa Liqası tarixində aktirekorda imza atıb.
Vyana təmsilçisi turnirdə ən çox məğlub olan komanda olub.
"Rapid" son olaraq qrup mərhələsinin V turunda İngiltərədə "Arsenal"a 1:4 hesabı ilə uduzub. Bu komandanın turnirdəki 27-ci məğlubiyyəti olub.
Daha əvvəl Norveçin "Rusenborq" klubu 26 dəfə məğlub olub.
Qeyd edək ki, "Rapid" B qrupunda 6 xalla üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ" turnirdəki ilk xalını V turda İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə görüşdə qazanıb - 1:1.report
Nərmin Məcidli