Xəzər Xəbər

Kavani addım-addım "Atletiko"ya

İdman | 14:56 • 11 Sentyabr 2020
Kavani addım-addım "Atletiko"ya

PSJ-dən ayrılan Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.


 


"Mundo Deportivoya" xəbər verir ki, "Benfika"ya keçməkdən son anda imtina edən uruqvaylı forvard "Atletiko" ilə anlaşmaq üzrədir. Onunla 2+1 illik müqavilə imzalanacağı gözlənilir.


 


33 yaşlı hücumçu 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada  301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.


Xəbər lenti