Xəzər Xəbər

"Milan" yeni transferini açıqladı

İdman | 15:56 • 10 Sentyabr 2020
"Milan" yeni transferini açıqladı

"Milan" B Seriyasına düşən "Breşiya"nın yarımmüdafiəçisi Sandro Tonalini transfer edib.


 


"Qırmızı-qaralar" 20 yaşlı futbolçunu 10 milyon avro qarşılığında 1 illik icarəyə götürüb. Milan təmsilçisi mövsümün sonunda daha 15 milyon avro ödəyib, italiyalı oyunçunun transfer hüququna yiyələnəcək.


 


"Milan" daha 10 milyon avronu bonuslar şəklində ödəyəcək. Növbəti satışdan 10 faizi "Breşiya"ya çatacaq. Gənc ulduz 8 mömrəli formada çıxış edəcək. Tonalinin illik maaşı 2 milyon avro olacaq.


 


Futbolçu ötən mövsüm A Seriyasında keçirdiyi 35 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər lenti