Xəzər Xəbər

"Fənərəbaxça" konqolu futbolçu ilə razılığa gəldi

İdman | 15:52 • 10 Sentyabr 2020
"Fənərəbaxça" konqolu futbolçu ilə razılığa gəldi

"Fənərbaxça" növbəti keçidini həll edib.


 


İstanbul təmsilçisi Almaniyanın "Volfsburq" klubunun müdafiəçisi Marsel Tisseranı heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 4 illik razılıq əldə edilib. Tisseran növbəti həftə Türkiyə gəlib, tibbi müayinədən keçəcək.


 


"Volfsburq" Konqo Demokratik Respublikası millisinin üzvünü 2018-ci ildə "İnqolştadt"dan 7 milyon avroya transfer edib.

Xəbər lenti