Xəzər Xəbər

"Bayer" Patrik Şiklə müqavilə imzaladı

İdman | 15:16 • 9 Sentyabr 2020
"Bayer" Patrik Şiklə müqavilə imzaladı

"Bayer" "Roma"nın hücumçusu Patrik Şiki transfer edib.


 


XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, Leverkuzen təmsilçisi çexiyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Bundesliqa klubu bu keçid üçün 26,5 milyon avro təzminat ödəyib.


 


"Roma" Şiki "Sampdoriya"dan 2017-ci ildə 40 milyon avroya transfer etmişdi.


 


24 yaşlı hücumçu ötən mövsüm icarə əsasında çıxış etdiyi "Leyptsiq"in heyətində Bundesliqada 22 oyunda 10 qol vurub.

Xəbər lenti