Xəzər Xəbər

"Qarabağ" koronavirus testindən keçdi

İdman | 13:45 • 25 Avqust 2020
"Qarabağ" koronavirus testindən keçdi

"Qarabağ" klubunun futbolçuları Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Moldova "Şerif"i lə matç üçün koronavirus testindən keçiblər. 


Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, komanda üzvləri yoxlanışa bu gün cəlb olunublar. Testin nəticələri sabah bəlli olacaq. 


Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Xəbər lenti