Xəzər Xəbər

Türkiyə Superliqası: “Trabzonspor” səfərdə xal itirib

İdman | 09:11 • 23 İyun 2020
Türkiyə Superliqası: “Trabzonspor” səfərdə xal itirib

Futbol üzrə Türkiyə çempionatının XXVIII turunun sonuncu qarşılaşmasında "Alanyaspor” doğma meydanda "Trabzonspor”u qəbul edib.


Xezerxeber.az xəbər verir ki, gərgin keçən görüşdə tərəflər hər biri iki top vuraraq heç-heçə ediblər. Trabzon təmsilçisinin qollarını Abdulkadir Omur (7) və Filip Novak (51) vurub. Alaniya klubunun heyətində isə Papis Sisse (45) və Tasos Bakasetas (90) fərqləniblər. Həmçinin meydan sahiblərinin futbolçusu Fabrike Nsakala 83-cü, qonaqların heyətində isə Macid Hüseyni 79-cu dəqiqədə qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyub.


Günün digər oyununda "Antalyaspor” öz meydanında "Rizəspor”u 3:1 hesabı ilə məğlub edib. Türkiyə çempionatında hazırda "Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor” isə 57 xalla ikincidir. "Sivasspor” 53 xalla üçüncü, "Qalatasaray” klubu isə 51 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Beşiktaş” (47 xal), "Alanyaspor” (44 xal), "Fənərbağça” (43 xal) və digər komandalar gəlir.

Xəbər lenti

Çox oxunanlar