Xəzər Xəbər

"Qarabağ" klubu Emil Balayevi geri qaytarır

İdman | 11:25 • 22 İyun 2020
"Qarabağ" klubu Emil Balayevi geri qaytarır

Vaqner də Silva ilə yolları ayıran Ağdamın "Qarabağ" futbol klubu onun yerini kiminlə dolduracağını müəyyənləşdirib.


AZƏRTAC xəbər verir ki, Qurban Qurbanov keçmiş qapıçısını geri qaytarmaq fikrinə düşüb. Bu, "Zirə" ilə 3 aylıq sözləşməsi artıq başa çatan Emil Balayevdir. Hazırda tərəflər arasında danışıqlar demək olar yekunlaşıb. Millimizin üzvü yenidən Ağdam klubuna dönməyə razılıq verib. Ancaq E.Balayevə bir neçə xarici ölkədən də dəvət var. Gənc qapıçı legioner həyatı yaşamaq istəyir. Əgər bu variantlar baş tutmasa o, Azərbaycanda ancaq "Qarabağ”da oynayacaq.


Qeyd edək ki, futbolçu 2016-ci ildə "Qarabağ”ın şərəfini qoruyub.

Xəbər lenti