Xəzər Xəbər

Benzema “Real” tarixinin ilk beşliyinə düşdü

İdman | 12:46 • 19 İyun 2020
Benzema “Real” tarixinin ilk beşliyinə düşdü

Fransalı futbolçu Kərim Benzema Madrid "Real”ının tarix boyunca ən yaxşı bombardirləri siyahısında beşinci pilləyə yüksəlib.

Bu barədə "Opta” məlumat yayıb.

İspaniya çempionatının 29-cu turunda 32 yaşlı hücumçu "Valensiya”nın qapısına iki dəfə yol tapıb. Bununla da, K.Benzema "kral klubu”nda 242-ci və 243-cü qollarını vurub.

Fransalı bu nəticə ilə "Real”ın əfsanəvi futbolçusu Ferents Puşkaşı geridə qoyub.

Xatırladaq ki, "Real” tarixinin ən məhsuldar hücumçusu Kriştianu Ronaldodur.

Xəbər lenti